Myanmada hökumət üzvlərinə hücum: 12 nəfər ölüb, 13 nəfər yaralanıb

Fev6,2021

Myanmanın şərqində yerləşən Kokanq ərazi özünü idarəetmə zonası hökumətinin keçmiş üzvlərinin olduğu avtomobil karvanına hücum nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb.“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Myanma ordusu Baş Komandanlığı bildirib.

Məlumata görə, Myanma Milli Demokratik Ordusu Alyansının 20-yə yaxın silahlısı Kokanq mərkəzi icraiyyə komitəsinin keçmiş üzvü Kxin Maun Lüinin avtomobil karvanına hücum edib. Hadisə nəticəsində 9 mülki şəxs, 3 polis əməkdaşı ölüb, 13 nəfər isə yaralanıb.Bildirilib ki, Myanma Silahlı Qüvvələri ölkə ərazisində fəaliyyət göstərən silahlı qruplara qarşı keçirdiyi hərbi əməliyyatların dayandırılması müddətinin fevralın 28-dək uzadıb.

Oxşar Xəbərlər