Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 56240 nəfər olub.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Pandemiya son 24 saat ərzində 1 240 nəfərin həyatına son qoyub.
Bildirilib ki, indiyədək virusa yoluxan 9 286 256 nəfərin 226 383-nün həyatını xilas etmək mümkün olmayıb.
Müalicə alan 8 160 929 nəfər isə sağalıb.
Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.