Bu gün ABŞ-da prezident seçkisi keçiriləcək

Noy3,2020
Bu gün ABŞ-da prezident seçkisi keçiriləcək

Noyabrın 3-də ABŞ-da növbəti prezident seçkisi keçiriləcək.

“QİA.AZ” xəbər verir ki, bu post uğrunda əsas mübarizə Respublikaçılar Partiyasının namizədi, indiki Prezident Donald Trampla Demokratlar Partiyasının nümayəndəsi, keçmiş vitse-prezident Cozef Bayden arasında gedir.

Bu gün habelə ABŞ parlamentinin Yuxarı Palatasına (Senat) 35 senator, habelə Aşağı Palatadakı 435 yerin hamısına, 13 qubernator, yerli hakimiyyət orqanlarına da ümumxalq səsverməsi yolu ilə seçkilər keçiriləcək.

Oxşar Xəbərlər