Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

Noy24,2020
Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

“QİA.Z”ın məlumatına görə, bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılacaq. “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq püşkatma mərasimi 24 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək. Saat 13:00-da başlayacaq tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.

Ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. 1/8 final mərhələsinin püşkü qalan klubların iştirakı ilə atılacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq. Ötən mövsüm koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.

Oxşar Xəbərlər