“Dinamo” “Barselona”ya, “Başakşehir” “Mançester Yunayted”ə qarşı

Noy24,2020
"Dinamo" "Barselona"ya, "Başakşehir" "Mançester Yunayted"ə qarşı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

“QİA.AZ”ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutacaq. Bu tur bəzi klublar növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edə bilərlər.

E qrupunda İngiltərənin “Çelsi” və İspaniyanın “Sevilya”, G qrupunda isə İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” komandalarının şansları daha yüksək qiymətləndirilir.

Türkiyənin yeganə təmsilçisi “Başakşehir” isə ötən tur öz meydanında 2:1 hesabı ilə yendiyi “Mançester Yunayted” klubuna İngiltərədə qonaq olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi
IV tur
24 noyabr
E qrupu

21:55. “Krasnodar” (Rusiya) – “Sevilya” (İspaniya)
21:55. “Renn” (Fransa) – “Çelsi” (İngiltərə)

Xal durumu: “Çelsi” – 7, “Sevilya” – 7, “Krasnodar” – 1, “Renn” – 1

F qrupu
00:00. “Latsio” (İtaliya) – “Zenit” (Rusiya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Brügge” (Belçika)

Xal durumu: “Borussiya” D – 6, “Latsio” – 5, “Brügge” – 4, “Zenit” – 1

G qrupu
00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Barselona” (İspaniya)
00:00. “Yuventus” (İtaliya) – “Ferensvaroş” (Macarıstan)

Xal durumu: “Barselona” – 9, “Yuventus” – 6, “Dinamo” – 1, “Ferentsvaroş” – 1

H qrupu
00:00. “Mançester Yunayted” (İngilıtərə) – “Başakşəhər” (Türkiyə)
00:00. PSJ (Fransa) – “Leypsiq” (Almaniya)

Xal durumu: “Mançester Yunayted” – 6, “Leyptsiq” – 6, PSJ – 3, “Başakşehir” – 3.

Oxşar Xəbərlər