Bu gün saat 12:00-da ölkə ərazisində yollarda hərəkət dayandırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi 27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə əhalisinə müraciət edib.

İdarədən verilən məlumata görə, 27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da avtomobil yollarında bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Şəhidlərimizi hörmətlə anır, Allahdan onlara rəhmət diləyirik.

Oxşar Xəbərlər