Bu il 120 km uzunluğunda avtomobil yolları tikilib və təmir olunub

Avq6,2021

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2021-ci ilin 6 ayı ərzində 119.6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Agentlikdən QİA.AZ-a verilən məlumata görə, bu yollardan 55.5 km-i yerli əhəmiyyətli, 64.1 km isə Bakı şəhər yollarının payına düşür.

2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də, uzunluğu 76.7 m olan yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.

Oxşar Xəbərlər