Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri üzrə xərclər 30% artıb

Avq6,2021

Bu ilin I yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə xərclər təxminən 81 milyon ABŞ dolları təşkil edib.

QİA.AZ” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur.

O cümlədən, son 1 ildə kəmər üzrə əməliyyat xərcləri təxminən 44% artaraq 69 milyon dollara çatıb, əsaslı xərclər isə 14% azalaraq 12 milyon dollara düşüb.

Hazırda kəmər əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Oxşar Xəbərlər