Bu vaxta qədər “BakıKart”a inteqrasiya edilən marşrut xətlərinin sayı açıqlandı

Avq6,2021

Bu günə qədər görülən tədbirlər nəticəsində artıq 72 marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə, “BakıKart”a inteqrasiya edilib.

QİA.AZ xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, qalan 92 marşrut xəttinin də inteqrasiyası üçün iş aparılır.

Marşrut şəbəkəsinin təxminən 43%-ə qədəri artıq nağdsız sistemə keçirilib.

Oxşar Xəbərlər