“Hepatit B” və “Hepatit C” daşıyıcısı olan analar süd verə bilərmi? – AÇIQLAMA

Avq6,2021

Ana südünün verilməməsi üçün əks-göstərişlər düşünüldüyündən çox-çox azdır.

QİA.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

O bildirib ki, bizdə də bir çox hallarda düzgün olmayan əks-göstərişlər səbəbindən ana südü kəsilir: “Əgər uşaqda qalaktozemiya varsa, o uşaq qətiyyən ana südü ala bilməz. HİV virusu daşıyıcılarına da döşdə yara olması və uşağa keçmə ehtimalı səbəbindən süd vermək tövsiyə edilmir. “Hepatit B” və “Hepatit C” daşıyıcılarına gəlincə, bunun keçmə ehtimal çox aşağı olduğundan və ana südünün faydasının böyük olması nəzərə alınaraq, uşağa doğulan kimi peyvənd və immunqlobin vurulubsa, ana istəsə uşağını əmizdirə bilər. Bir çox ölkədə həmin analara süd vermək məsləhət görülür. Hətta bəzi Afrika ölkələrində qida çatışmazlığı səbəbindən HİV-li xəstələrə belə uşağa süd verməsinə icazə verilir”.

Oxşar Xəbərlər