“BakıKart” nəqliyyat kartlarının balansının artırılması xidməti bütün “MilliÖN” köşklərində əlçatan olacaq.
Bunu “QİA.az”a “Komtec” (“MilliÖN” ödəmə terminallarının operatoru) şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, hazırda paytaxtda avtobus dayanacaqlarında quraşdırılan “MilliÖN” kartomatların sayı 150-dən çoxdur.
“Kartomatların sayının az olması müştəriləri narahat etməsin. Bu problemin köklü şəkildə həll olunması istiqamətində “BakıKart”la birgə yeni layihə hazırlanır. Belə ki, mövcud olan bütün “MilliÖN” köşklərində “BakıKart” kartlarının balansının artırılması mümkün olacaq”, – deyə Ü. Əfəndiyeva qeyd edib.