Cəlilabadda tut yeyən azyaşlı həyatından olub

Cəlilabadda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

“Report”un məlumatına görə, hadisə bu gün rayonunun Günəşli kəndində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyeva tut yemək üçün ağaca çıxıb. Bu zaman onu ağacda elektrik cərəyanı vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun artıq öldüyü məlum olub.

Məlumata görə, mərhum ailədə üç bacı və bir qardaş olublar. Baş verən bədbəxt hadisə ilə bağlı TƏBİB də açıqlama verib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 18:25-də 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxs elektrik cərəyanı vurması səbəbilə xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alan şəxsin həkiməqədər ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırma davam etdirilir.

20:04

Cəlilabad rayonunun Günəşli kəndində bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, 2013-cü il təvəllüdlü Zəhra Saleh qızı Niftiyeva elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər