Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 16 %-dən çox artıb

Noy16,2020
Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 16 %-dən çox artıb

Bu ilin üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 35 mln ABŞ dolları əməliyyat xərcləri sərf edilib.

Bu barədə “QİA.AZ” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2020-cu ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu, 2019-cu ilin doqquz ayın nəticələri ilə müqayisədə 2 mln ABŞ dolları və ya 6,06 % çoxdur.

Bu ilin üç rübü ərzundə boru kəmərinin əsaslı xərcləri 8 mln ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 20 mln və ya 3,5 dəfə azdır.

Bu ilin 9 ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 32,6 mln kubmetr olub ki, bu da 2019-cu ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 4,6 mln kubmetr və ya 16,4 % çoxdur.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,8 %), “AzSCP” (10 %), “SGC Midstream” (6,7 %), “Petronas” (15,5 %), “LUKoil” (10 %), NİCO (10 %) və TPAO (19 %) şirkətləri çıxış edir.

Oxşar Xəbərlər