“Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunda qazmanın dərinliyi 3 864 metrə çatıb

Noy 16, 2020
“Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunda qazmanın dərinliyi 3 864 metrə çatıb

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına bu il yanvar ayının 13-də başlanıb. Quyunun qazma işləri artıq 3 864 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir.

“QİA.AZ” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatda qeyd edilib.

Məlumata görə, quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50 %-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.

Oxşar Xəbərlər