Çempionlar Liqası: PSJ “Mançester Siti” ilə, “Beşiktaş” “Ayaks”la qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək.

İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Niderlandda “Ayaks”ın qonağı olacaq. C qrupunun digər görüşündə Almaniyanın “Borussiya” (Dortmund) və Portuqaliyanın “Sportinq” klubları üz-üzə gələcək.

Günün mərkəzi qarşılaşması Fransada gerçəkləşəcək. PSJ İngiltərə çempionu “Mançester Siti”ni qəbul edəcək. A qrupunda “Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika) qarşılaşması da baş tutacaq.

Daha bir maraqlı görüş B qrupunda İtaliyanın “Milan” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında olacaq. İngiltərə “Liverpul”u isə Portuqaliyada “Portu”nun qonağı olacaq.

D qrupunda isə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova “Şerif”i İspaniyada “Real Madrid”in qonağı olacaq. Bu komandaların hər ikisi ilk turdan qalib ayrılıb. Qrupun digər oyununda Donetsk “Şaxtyor”u Ukraynada İtaliya “İnter”ini sınağa çəkəcək.

Çempionlar Liqası

II tur

28 sentyabr

A qrupu

23:00. PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə)

23:00. “Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika)

Xal durumu: “Mançester Siti” – 3, PSJ – 1, “Brügge” – 1, “Leyptsiq” – 0.

B qrupu

23:00. “Milan” (İtaliya) – “Atletiko” (Madrid, İspaniya)

23:00. “Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə)

Xal durumu: “Liverpul” – 3, “Atletiko” – 1, “Portu” – 1, “Milan” – 0

C qrupu

20:45. “Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə)

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya)

Xal durumu: “Ayaks” – 3, “Borussiya” – 3, “Beşiktaş” – 0, “Sportinq” – 0

D qrupu

20:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “İnter” (İtaliya)

23:00. “Real Madrid” (İspaniya) – “Şerif” (Moldova)

Xal durumu: “Şerif” – 3, “Real Madrid” – 3, “İnter” – 0, “Şaxtyor” – 0.

Oxşar Xəbərlər