Almaniyanın “Bavariya” komandasının futbolçusu Tomas Müllər Çempionlar Liqasında yeni uğura imza atıb.
“QİA.AZ” “Goal” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu turnirin bombardirləri siyahısında ilk “10-luğ”a daxil olub.
Təcrübəli forvard qrup mərhələsinin V turunda İspaniyada Madrid “Atletiko”su ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə fərqlənib. Bu, Müllerin turnirdə 47-ci qolu olub.
Çempionlar Liqasında ən çox qolu İtaliya “Yuventus”unda çıxış edən Kriştianu Ronaldu vurub – 131. İspaniyanın “Barselona” komandasında oynayan Lionel Messi 118 qolla ikinci, Almaniya “Bavariya”sında çıxış edən Robert Levandovski isə üçüncüdür – 71.