Çempionlar Turu: Teymur Rəcəbov yarımfinalın bir addımlığında

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan “The FTX Crypto Cup”da bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

“QİA.az”ın məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da bu raundda cavab görüşlərini keçirəcək.

İlk gündə Niderland təmsilçisi Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeysterə yarımfinala adlaması üçün heç-heçə də kifayət edəcək. Amma qarşılaşmaların ardından hesab bərabərləşsə, tay-brek oynanılacaq.

1/4 finalın cavab qarşılaşmaları

Fabiano Karuana (ABŞ) – Yan Nepomnyaşi (Rusiya)
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan)
Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç)
Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (ABŞ)

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

28 – 29 mayda yarımfinal, 30 – 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Oxşar Xəbərlər