Çempionlar Turu: Yarımfinalçılar müəyyənləşdi

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

QİA.AZ-ın məlumatına görə, “Magnus Carlsen Invitational” adlanan yarışın son yarımfinalıçısı Niderland təmsilçisi Aniş Giri olub.

O, 1/4 finalda fransalı Maksim Vaşye-Laqravı 3:1 hesab ilə məğlub edərək növbəti raunda vəsiqə əldə edib.

Daha əvvəl isə Maqnus Karlsen, Uesli So (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) yarımfinala yüksəliblər.

Qeyd edək ki, bu mərhələnin görüşləri 18 – 19 martda oynanılacaq.

Oxşar Xəbərlər