Çexiyada fövqəladə vəziyyətin müddəti uzadıldı

Dek22,2020

Çexiya parlamentinin Deputatlar Palatası (alt palata – Red) hökumətin təklifi ilə koronavirus epidemiyasının kəskinləşməsilə bağlı ölkədə mövcud olan fövqəladə vəziyyət rejiminin müddətini gələn ilin 22 yanvar tarixinədək uzadıb.

QİA.AZ-ın məlumatına görə, iclasda iştirak edən 104 deputatdan 55-i fövqəladə rejimin uzadılmasına, 29 millət vəkili isə əleyhinə səs verdi.

Çex Respublikasında epidemioloji vəziyyət son günlər pisləşib və koronavirusa yoluxanların sayında gündəlik artım qeydə alınıb. Əhalisi 10,7 milyon nəfər olan ölkənin 635 414 vətəndaşı yeni növ virusa yoluxub.

Müalicə alan 541 012 nəfər sağalıb,10 562 pasiyent vəfat edib. Hazırda 83 840 xəstə müalicə alır.

Oxşar Xəbərlər