Reuters: Aİ gələn il Britaniya ilə danışıqları davam etdirməyə hazırdır

Dek23,2020
Reuters: Aİ gələn il Britaniya ilə danışıqları davam etdirməyə hazırdır

Avropa İttifaqı yanvarın 1-dən sonra Böyük Britaniya ilə ticarət danışıqlarını davam etdirməyə hazırdır.

“QİA.AZ”ın məlumatına görə, bu barədə “Reuters” Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verib.

“Aİ Britaniyaya qapılarını bağlamayacaq və 1 yanvar tarixindən sonra da danışıqlara hazırdır” – deyə agentliyin mənbələrindən biri bildirib. Başqa bir diplomat danışıqların davam etdiyini təsdiq edib və qeyd edib ki, tərəflərdən heç biri danışıqları bitirmək niyyətində deyil.

Lakin iki diplomat, Britaniya sularında balıqçılıq kvotalarının əsas problem olaraq qaldığını vurğulayıblar.

Oxşar Xəbərlər