Çində attraksion parkında qəzada 16 nəfər xəsarət alıb

Fev14,2021

Çinin Xunan əyalətində karusel attraksionu parkında baş verən qəza zamanı azı 16 nəfər zərər çəkib.

“QİA.AZ” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Sinxua” agentliyi bildirib.

Qeyd edilir ki, nasazlığa görə attraksiona nəzarət itib, nəticədə bəzi istifadəçilər yelləncəklərdən yıxılıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onlardan azı üçü ağır vəziyyətdədir.

Oxşar Xəbərlər