Göygöldə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Fev14,2021

Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

“QİA.AZ”ın məlumatına görə, hadisə rayonun mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb. Kiçik tutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza nəticəsində 55 yaşlı Cahid Mirzəyev, 36 yaşlı Tofiq Həsənov və 35 yaşlı Mehman Bayramov müxtəlif xəsarətlər alıblar.

Yaralılara əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Onlardan ikisinin vəziyyəti normal, C.Mirzəyevin aldığı xəsarət isə ciddi qiymətləndirilib.

Yaralılar öz istəkləri ilə şəxsi avtomobillə Gəncə şəhərində olan xəstəxanaların birinə gediblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər