Çində kimyəvi zavodda qaz sızması baş verib, ölənlər var

Fev28,2021

Çinin Qirin şəhərində zəhərli qaz sızıntısı səbəbindən kimyəvi liflər istehsalı zavodunda beş işçi öldü, daha səkkiz nəfər yaralanıb.

“QİA.AZ”ın məlumatına görə, bu barədə “Sintsinbao” qəzeti bildirib.

Bildirilib ki, hadisə ötən gün yerli vaxtla saat 21:30-da baş verib.

İstintaqın ilkin nəticələrinə görə, hadisənin səbəbi emalatxanalardan birində ventilyasiya avadanlığının qəfil sıradan çıxmasıdır.

Bütün yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onların həyatları üçün təhlükə yoxdur.

Oxşar Xəbərlər