Türkiyədə koronavirusla bağlı son vəziyyət

Fev27,2021

Türkiyənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 24 saat ərzində ölkədə 9 193 şəxsin COVID-19 testi müsbət çıxıb, 71 nəfər pandemiyanın qurbanı olub.

“QİA.AZ” “Haber Global”a istinadən məlumat verir ki, hazırda Türkiyədə koronavirusdan müalicə alan 1 187 şəxsin vəziyyəti ağırdır.

Bu gün qardaş ölkədə yeni növ koronavirusdan sağalan xəstələrin sayı 8 938 nəfər olub.

Ümumilikdə isə Türkiyədə 2 565 723 nəfər koronavirusa qalib gəlib.

28 503 nəfər isə yoluxucu xəstəlikdən vəfat edib.

Oxşar Xəbərlər