Çində təmir zavodunda partlayış nəticəsində bir nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.
“QİA.az” xəbər verir ki, bu barədə yerli administrasiyaya istinadən “Sina” portalı bildirib.
Qeyd edilir ki, hadisə Quansi-Çjuansk muxtar rayonunun Bayse şəhər dairəsinin Napo rayonunda olub. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Növbətçinin sözlərinə görə, hadisəyə yolun təmiri vaxtı istifadə edilən istilik genişlənməsinin reaktiv partlayışı səbəb olub.