ABŞ prezidenti Co Bayden ölkənin Silahlı Qüvvələrində ümumi vəzifələrə iki qadının təyin edilməsi ilə bağlı çıxış edərkən bir daha gülünc hala düşüb.
“QİA.az” bildirir ki, bu barədə “The Sun” xəbər yayıb.
Bu dəfə o, Pentaqon rəhbəri Lloyd Ostinin adını unudub. Bu zaman nazir Baydenin cəmi bir neçə metr arxasında olub.
Bayden Ostini “bu bölməyə rəhbərlik edən şəxs” adlandırıb. Bundan əlavə ABŞ lideri ümumiyyətlə Pentaqonun adını unudub.
Qeyd edək ki, Baydenin fenomenal yuxululuğu və unutqanlığına görə sələfi Tramp onu tənqid edib “Yuxulu Co” adlandırırdı.
QİA.AZ