Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır

May5,2021 #Böyük Dəbilqə #Cüdo
Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Böyük Dəbilqəyə start veriləcək.

“QİA.az”ın məlumatına görə, Azərbaycanın 10 təmsilçisindən yarısı ilk yarış günündə mübarizə aparacaq. Onlardan 2-si kişilərin, 3-ü qadınların mübarizəsinə qatılacaq.

Böyük Dəbilqə
5 may

Kişilər
60 kq

1/16 final. Davud Məmmədsoy – ALbert Oğuzov (Rusiya)

66 kq
1/32 final. Elçin Hüseynov – Karmine Maria Di Loreto (İtaliya)

Qadınlar
48 kq

1/16 final. Leyla Əliyeva – Melani Vieu (Fransa)
1/16 final. Aişə Qurbanlı – Katarina Ments (Almaniya)

52 kq
1/16 final. Gültac Məmmədəliyeva – Lus Olvera (Meksika)

Qeyd edək ki, üç gün davam edəcək Böyük Dəbilqədə 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayacaq.

Oxşar Xəbərlər