Messi evində qonaqlıq verdiyi üçün problemlə üzləşib

May5,2021 #Messi
messi

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi problemlə üzləşib.

“QİA.az”ın “Marca”ya istinadən məlumatına görə, argentinalı hücumçu evində komanda yoldaşlarına qonaqlıq verib. Onlar həm La Liqanın XXXIV turunda “Valensiya” üzərində qazandıqları 3:2 hesablı qələbəni qeyd ediblər, həm də mayın 8-də “Atletiko”ya qarşı keçirəcəkləri vacib qarşılaşmaya qeyri-formal durumda hazırlaşıblar.

Kapitan komandadaxili ab-havadan çox narahat olduğu üçün belə bir addım atıb. Futbolçular asudə vaxtlarını o qədər şən keçiriblər ki, Messinin villasından “Çempionlar-çempionlar, ole-ole-ole” sədaları eşidilməyə başlayıb.

34 yaşlı forvardın karantin qaydalarını pozması ilə əlaqədar La Liqa rəhbərliyi araşdırmalara başlayıb.

Məsələni və Kataloniya bölgəsinin rəsmiləri də yaxından izləyirlər. Bu regionda mayın 9-dək evdə 6 nəfərdən çox insanın toplanması qadağan edilib.

Oxşar Xəbərlər