Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib

May2,2024

Bu ilin dörd ayında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus dəmir yolu keçidlərində 11 toqquşma hadisəsi baş verib.

QİA.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, hadisələr nəticəsində üç nəfər xəsarət alıb.

Məlumata görə, ötən ilin eyni dövründə də 11 hadisə qeydə alınıb, iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

“ADY bu cür halların qarşısını almaq üçün sürücüləri diqqətli olmağa, dəmir yolu keçidlərindən qaydalar çərçivəsində istifadə etməyə çağırır”, – deyə məlumatda qeyd olunub.

Oxşar Xəbərlər