Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıb

May2,2024
Pouring Fresh Tap Water Into a Glass. Shallow DOF. Focus on Tap.

Bakının Səbail rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar mayın 2-də Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Agentlik bununla əlaqədar abonentlərdən üzr istəyir.

Oxşar Xəbərlər