Futbol

“Dinamo”nun sabiq futbolçusu: “Neftçi”nin aparıcı qüvvəsi legionerlərdir”

Movavi

“Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur. “Neftçi” yaxşı komandadır”.

QİA.AZ”ın məlumatına görə, bu fikirləri “Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın “Dinamo” (Tbilisi) komandasının sabiq futbolçusu Tengiz Sulakvelidze “Lelo” nəşrinə açıqlamasında deyib.

Veteran müdafiəçi Tbilisi təmsilçisinin son oyunlarda yaxşı təsir bağışlamadığını bildirib: “Son matçlara baxsaq, “Dinamo” Çempionlar Liqasında çıxış edən komandaya bənzəmir. Amma ilk qarşılaşma evdə olacaq. Ümid edirəm ki, Çempionlar Liqasında fərqli motivasiya ilə oynayacağıq və iki görüşün nəticəsi bizim xeyrimizə olacaq. Çünki bu, fərqli turnirdir”.

Sulakvelidzenin sözlərinə görə, “Neftçi”nin aparıcı qüvvəsi legioner futbolçulardır: “Azərbaycan futbolu SSRİ dövründə lider olmasa da, Anatoli Banişevski, İsgəndər Cavadov kimi yaxşı oyunçuları var idi. Bildiyim qədərilə, bu gün “Neftçi”nin aparıcı qüvvəsi legionerlərdir. Bəli, bu, güclü komandadır. Amma inanıram ki, “Dinamo” “Neftçi” səddini keçə biləcək”.

1985-ci ildə “Dinamo”nun heyətində “Neftçi”nin qapısına yol tapmış 65 yaşlı veteran futbolçu həmin qolu xatırlamadığını söyləyib: “Lakin dəqiq yadımdadır ki, həmin vaxt “Dinamo” “Neftçi” və “Ararat” la çox gərgin oyunlar keçirirdi. Yəqin, bu da qonşu olmağımızla bağlı idi”.

Qeyd edək ki, “Dinamo” və “Neftçi” arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button