Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

Yan14,2021
Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

NRYTN-nin Mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Türkiyənin “Poçt və Teleqraf Təşkilatı”nın (PTT) Baş direktoru arasında görüş keçirilib.Nazir Vətən müharibəsi dövründə göstərilən mənəvi və siyasi dəstəyə görə Türkiyətərəfinə minnətdarlığını ifadə edib.“Cənab Prezidentin tapşırığı ilə biz hazırda işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına başlamışıq” – deyən nazir artıq Füzuli rayonundan tarixi Şuşa şəhərinə 1-ci dərəcəli yolun çəkilişinə başlanıldığını diqqətə çatdırıb.Ramin Quluzadə bildirib ki, bu layihəyə Türkiyə şirkətləri də cəlb olunub.Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə innovativ layihələrin həyatakeçirilməsi nəzərdə tutulur və bu, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.“Smart city” layihələrinin icrası ilə bağlı hazırda tərəfimizdən dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır və görüləcək işlər, təbii olaraq, adıçəkilənərazilərdə poçt sahəsinin də daha müasir tələblərlə inkişafına təkan verəcək”.Daha sonra tərəflər iki ölkə arasında poçt və maliyyə xidmətləri sahəsindəəməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən “Azərpoçt” iləPTT arasında imzalanacaq müqavilələr barədə fikir mübadiləsi aparıb.Nazir qeyd edib ki, respublikamızın əlverişli coğrafi mövqeyi və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Avrasiya regionunda əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Nəticədə ölkələrarası elektronticarət məhsullarının poçtla daşınması və çatdırılması sahəsində “Azərpoçt”MMC üçün də geniş imkanlar yaranıb.“Məhz bu imkanlar çərçivəsində artıq 5 ildir Azərbaycan Poçtu elektron ticarət məhsullarının emalı və daşınmasına yönəlmiş regional tranzit poçt mərkəzi-HUBlayihəsini həyata keçirir. Elektron ticarət məhsullarının “Azərpoçt”un Çindəkitərəfdaşlarından qəbul edilərək Bakıya – Heydər Əliyev BeynəlxalqAeroportunun Logistika Mərkəzinə çatdırılması və burada “Azərpoçt” tərəfindənbeynəlxalq poçt kimi emal olunaraq müvafiq təyinat ölkəsinə göndərilməsi təşkilolunur. Bu layihənin icrası zamanı Türkiyə Poçtu “Azərpoçt”un əsas tərəfdaşlarından biri olub”.Nazir iki ölkə arasında elektron poçt, ticarət və pul köçürmələri sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Qurumların bugün imzalayacaqları sənədlər iki ölkə arasında daşınan poçt həcminin, mübadiləolunan pul köçürmələrinin artırılmasına şərait yaradacaq, eləcə də beynəlxalq e-ticarətin inkişafına töhfə verəcək.

Oxşar Xəbərlər