Dövlət İmtahan Mərkəzinin“Psixolojixidmət”layihəsi çərçivəsində e-psixoloq.az elektron portalı fəaliyyətə başlayıb.Dövlət İmtahan Mərkəzindən “QİA.AZ”a verilən məlumata görə, elektron səhifənin yaradılmasında əsas məqsəd:
– təhsilin və imtahan prosesinin psixoloji cəhətləri haqda əhalini maarifləndirmək;
– peşə seçimində abituriyentlərə kömək etmək;
– imtahan iştirakçılarına, valideynlərə, müəllim və pedaqoji heyətə psixoloji dəstəkgöstərməkdir.
Səhifədə artıq fərqli mövzularda məqalələr, maraqlı videoçarxlar və psixoloji testləryerləşdirilib. Xüsusilə şəxsiyyət tipinizin müəyyən olunması üzrə MBTİ testini cavablandırmaqlasiz öz güclü və zəif cəhətləriniz, fərdi öyrənmə yanaşmanız, öz şəxsiyyət tipiniz üzrə statistikməlumatlarla tanış ola bilə və öz həyati qərarlarınızı daha da dəqiqləşdirə bilərsiniz.
Saytda, həmçinin “onlayn çat” vasitəsilə hər hansı bir sualla bağlı peşəkar psixoloqlaramüraciət etmək imkanı var.
Bir müddət sonra səhifədə onlayn psixoloji xidmətin göstərilməsi planlaşdırılır.

