Dövlət qulluğunda inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə müsabiqə imtahanında iştirak üçün qeydiyyat sona çatır

Fev22,2021
Abituriyentlərin nəzərinə!

Dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin mart ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat sona yaxınlaşır.

Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, inzibati icraçı vəzifələr (B növü) üzrə imtahana qeydiyyat 24 fevral saat 12:00-da başa çatacaq

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 7 mart 2021-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC (rəhbər vəzifələr) və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə Bakı və Gəncə şəhərlərində test imtahanları keçiriləcək.

A növünə aid olan imtahan yalnız Bakı şəhərində kompüter, B növünə aid olan imtahan isə Bakı və Gəncə şəhərlərində kağız daşıyıcılar vasitəsilə aparılacaq.

B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 24 fevral saat 12:00-dək aparılacaq.

A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 5 mart saat 12:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər (şəxsi kabineti olmayanlar) DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Oxşar Xəbərlər