Dünya bazarında “qara qızıl” ucuzlaşır

Dünya bazarlarında neftin qiyməti ötənhəftəki güclü artımdan sonra korreksiyaya uğrayaraq bazar ertəsi səhər saatlarında azacıq aşağı düşüb.

QİA.AZ “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının sentyabr fyuçerslərinin qiyməti 0,15 % azalaraq bir barel üçün 75,27 ABŞ dollarına, avqust fyuçersləri isə 0,12 % azalaraq 76,09 dollar/barelə düşüb.

WTI markalı neftin avqust fyuçersləri 0,01 % azalaraq bir barel üçün 74,04 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən həftənin sonunda neftin qiyməti “Brent” markasında 3,4 %, WTI-da isə 3,6 % artım həyata keçirmişdi. Bu güclü artım neftə olan tələbatın yenidən yüksəlməsindən qaynaqlanırdı.

Artıq treyderlərin diqqəti iyulun 1-də keçiriləcək OPEC+ iclasına yönəlib. Daha əvvəl KİV-də alyansın hasilatı artıra biləcəyi yazılmışdı, analitiklər isə artımın böyük olmayacağını düşünür.

Oxşar Xəbərlər