Amsterdamda hidrogen yanacaq elementləri ilə təchiz edilmiş dünyada ilk yaxta suya buraxılıb. “Naked Science” nəşrinin məlumatına görə, “Layihə 821” gəmisi Britaniya şirkəti tərəfindən düzəldilib. Yaxtanın uzunluğu 88 metr təşkil edir. Bu, lazımi yanacaq elementləri, akkumulyator batareyaları və mayeləşdirilmiş hidrogen çənlərini asanlıqla yerləşdirməyə imkan verir.
QİA.az xarici mediaya istinadla xəbər verir ki, gəmidə elektrik stansiyası üçün yanacaq qismində hidrogendən istifadə olunur. Yanacaq elementi hesabına o, oksigenlə oksidləşir və nəticədə elektrik enerjisi yaranır. Hidrogen xüsusi akkumulyator batareyalarında istifadə edilə və ya saxlanıla bilər. Prosesin yeganə tullantısı su buxarıdır ki, bu da ətraf mühitin vəziyyətinə mənfi təsir göstərmir.