Dünyanın ən varlı insanı Marsda məskunlaşmaq üçün bütün əmlakını satacaq

Yan10,2021

Dünyanın ən zəngin insanı, “SpaceX” və “Tesla” şirkətlərinin banisi İlon Mask Marsda məskunlaşmaq üçün bütün əmlakını satmağa qərar verib.

“QİA.AZ”ın məlumatına görə, bu barədə “Business Insider” nəşri bildirib.

Sahibkar qeyd edib ki, başqa planetdə şəhərin tikintisi əhəmiyyətli yatırımlar tələb edəcək. Bu onu əmlakını satmağa məcbur edən səbəblərdən biridir. Digər səbəb isə söhbət Marsdan getdikdə onun nə qədər qətiyyətli olduğunu nümayiş etdirmək istəyidir.

“Maliyyə baxımından şirkətlərdəki səhmlərdən başqa demək olar, heç nəyim qalmayacaq”, – Mask deyib.

“İşdə vəziyyət gərgin olduqda, birbaşa fabrikdə və ya ofisdə yatmağı üstün tuturam. Və uşaqlar varsa, görünür mənzilə ehtiyac var. Ancaq mən sadəcə onu və ya başqa bir şeyi icarəyə götürə bilərəm”, – o əlavə edib.

Yanvarın əvvəllərində məlum olub ki, “Tesla”nın səhmlərin məzənnəsinin artması nəticəsində Maskın sərvəti 185 milyard ABŞ dollarını ötüb. Nəticədə o, sərvətinin miqyasına görə son 3 il ən varlı şəxs sayılan “Amazon”un banisi Ceff Bezosu ötərək dünyanın ən zəngin insanı olub.

Oxşar Xəbərlər