Bu gün Qırğızıstanda prezident seçkiləri keçiriləcək

Yan10,2021

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarə üsulu məsələsi ilə əlaqədar referendum keçiriləcək.

“QİA.AZ” xəbər verir ki, bu barədə TASS-a respublikanın seçkilərin və referendumun keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasında bildiriblər.

“Növbədənkənar seçkilər istənilən seçici iştirakı ilə, amma referendum 30 faizdən yuxarı vətəndaş fəallığı ilə baş tutmuş sayılacaq”, – MSK üzvü Gülnarə Jurabayeva bildirib.

Onun sözlərinə görə, birinci turda məntəqələrə gəlmiş seçicilərin yarıdan çoxunun səs verəcəyi namizəd qələbə qazana bilər. İkinci iddiaçılardan heç biri 50 faizdən çox səs yığmasa, seçkilərin ikinci turu keçiriləcək.

Oxşar Xəbərlər