Ebru Gündəş ilə Reza Zərrab barədə rəsmi qərar verilib

Müğənni Ebru Gündəş həyat yoldaşı olan iş adamı Reza Zərrabdan rəsmi şəkildə boşanıb.

“QİA.az” xəbər verir ki, sənətçi İstanbulda keçirilən məhkəmə zamanı 11 illik əri Reza ilə həyat yollarını birdəfəlik ayırıb.

Hakim cütlüyün övladı Alaranın Ebru Gündəşdə qalması haqqında qərar qəbul edib. Bundan sonra Reza qızı ilə məhkəmənin təyin etdiyi günlərdə görüşə biləcək.

Qeyd edək ki, Gündəşlə Zərrab uzun müddətdir ayrı yaşasa da, onlar ötən gün rəsmi olaraq boşanıb. İkilinin ayrılmasına səbəb Rezanın bir çox qadınlarla Ebruya xəyanət etməsidir. O xanımlar arasında müğənni Hadisənin də adı çəkilirdi.

Oxşar Xəbərlər