Energetika Nazirliyindən “QİA.AZ”a verilən məlumata görə, yanvarın 18-də Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 11-ciAssambleyasının rəsmi açılış mərasimi və “Davamlı Post-COVID Bərpası üçün EnerjiKeçidi” mövzusunda yüksək səviyyəli panel iclası keçirilib. Videokonfrans formatında baştutmuş tədbirdə dünyanın 180-dən çox dövlətini təmsil edən yüksək səviyyəli rəhbərşəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib
.Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, IRENA-nın Baş direktoruFrancesco La Camera və digər rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə energetikanaziri Pərviz Şahbazov da çıxış edib. Çıxışda qlobal pandemiyanın dünya iqtisadiyyatınavə enerji sektoruna təsirləri, bərpa olunan enerji mənbələrindən istifadə üzrə qlobalmeyillər, bu sahəyə yönəldilən investisiyalar, iqlim problemləri və davamlı enerji keçidlərinəsiyasətin təsiri kimi mövzulara toxunulub.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə verdiyi töhfələr,həmçinin, elektrik enerjisi istehsalında müasir texnologiyalardan istifadə olunmaqla istixanaqazı tullantılarının miqdarının azaldıldığı, adambaşına düşən istixana qazı emissiyasınındigər inkişaf etməkdə olan və bəzi inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağı olduğu qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bərpa olunanenerji mənbələrinin ümumi qoyuluş gücündəki payının 2030-cu ilədək 30%-ə çatdırılmasıvəzifəsinin irəli sürüldüyü, habelə, imzalanmış sərəncamlar nəticəsində Azərbaycandaenergetikanın digər sahələrində olduğu kimi bərpa olunan enerji mənbələrindən istifadəsahəsində də əlverişli investisiya mühitinin yaradılması, özəl investisiyaların cəlbi vəirimiqyaslı layihələrin icrası üçün münbit şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Ölkədə müvafiq qanun layihəsinin hazırlandığı və bərpa olunan enerjimənbələrindən istifadə sahəsində hərracların təşkili üçün Avropa Yenidənqurma və İnkişafBankı ilə əməkdaşlıq edildiyi vurğulanıb. Həmçinin, “Acwa Power” şirkəti ilə külək elektrikstansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və şəbəkəyə qoşulmaya dairmüqavilələrin imzalandığı, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyası layihəsi üzrəyekun müqavilələrin imzalanması üçün danışıqların davam etdirildiyi bildirilib.
Tədbirdə, həmçinin Azərbaycanın uzun müddət işğal altında qalmış ərazilərinin azadedilməsinin bölgədə davamlı inkişaf üçün yeni imkanlar açdığı vurğulanıb. Bildirilib ki, ölkəbaşçısının göstərişinə əsasən, “işğal altında olmuş ərazilər” “yaşıl enerji zonalarına”çevriləcək, bununla bağlı beynəlxalq şirkətlərlə əməkdaşlıq ediləcəkdir.
Qeyd edək ki, 19-20 yanvar tarixlərində yüksək səviyyəli nümayəndələrin iştirakı iləNazirlərin enerji keçidinin təşviqi üçün milli enerji planlaşdırması və tətbiqi, bərpa olunanenerji mənbələri üçün maliyyə həcminin artırılması, karbon neytrallığına aparan yol -innovasiya, yaşıl hidrogen və sosial-iqtisadi siyasət və səhiyyə sisteminin enerji ilətəminatında enerji keçidinin rolu mövzularında plenar iclasları keçiriləcək.