Energetika naziri Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Yan19,2021
Energetika naziri Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Energetika naziri Pərviz Şahbazov Yaponiyanın Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Cuniçi Vadanı qəbul edib. Görüşdə energetika sahəsində ikitərəflimünasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları, həmçinin müvafiqsahələr üzrə təcrübə və məlumat mübadiləsi məsələləri müzakirə edilib.

Səfir Azərbaycan torpaqlarının erməni işğalından azad olunması, ərazibütövlüyünün bərpasının ölkəmizin gələcək inkişafı üçün əhəmiyyətini vurğulayıb vəazad edilmiş ərazilərimizdə elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində Yaponiya şirkətlərinin iştirakda maraqlı olduğunu bildirib.

Nazir Yaponiyanın dövlət qurumları və maliyyə təşkilatları ilə enerji sektorundasıx əməkdaşlıq əlaqələrinin olduğunu, bu sahədə Yaponiya şirkətlərinin ölkəmizdə birsıra uğurlu layihələr həyata keçirdiyini qeyd edib. İşğaldan azad olunmuş ərazilərinbərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərin bərpaolunan enerji potensialı haqqında məlumat verib.

Daha sonra qeyd edilmiş sahələr üzrə əməkdaşlıq perspektivləri və qarşılıqlımaraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında energetikasahəsində əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyinivurğulayıb.

Oxşar Xəbərlər