Nazirlər Kabineti “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nı təsdiq edib.
QİA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Energetika Nazirliyi enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və metodoloji izahları altı ay müddətində təsdiq eməlidir.
Bundan başqa, Energetika Nazirliyinə hər il “Azərbaycan Respublikasının enerji balansı”nın layihəsinin tərtib edilməsi və icrasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASSC, “Azəristiliktəchizat” ASC və Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-nin nümayəndələri də daxil olmaqla daimi fəaliyyət göstərən İşçi qrupun yaradılması və onun fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi tapşırılıb. Həmçinin nazirlik 10 ay müddətə rəsmi internet səhifəsində “Azərbaycan Respublikasının enerji balansı” adlı məhdud giriş imkanlarına malik elektron məlumat bazası yaradmalıdır.