Enerji böhranı ilə bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub

Enerji resursları böhranı ilə bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub.

“QİA.AZ” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09.05-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,09% bahalaşaraq, 1 bareli 84,41 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti isə 0,21% bahalaşaraq, 1 bareli 81,86 ABŞ dolları təşkil edib.

Neft bazarında müsbət dinamikanın müşahidə olunması investorların enerji böhranı risklərini qiymətləndirmələri ilə bağlıdır. Dünən “Brent” markalı neftin bir barelinin qiyməti 2018-ci il oktyabrın 4-dan sonra ilk dəfə olaraq 86 ABŞ dollarını ötüb.

Analitiklər hesab edirlər ki, bu yaxınlarda qeydə alınmış son illərin maksimumları səbəbindən volatilliyin artımı müşahid olunacaq.

Oxşar Xəbərlər