RegionlarSəhiyyə

Ermənistanda daha 21 nəfər COVID-19-dan ölüb

Movavi

Ermənistanda daha 1 042 nəfərdə koronavirus aşkarlanıb.

“QIA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 107 466-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 21 nəfər artaraq 1 580-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 407-yə yüksəlib. İndiyədək 64 910nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 40 569 aktiv koronavirus xəstəsi var.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button