Ermənistan müharibə əlillərinin sayını açıqladı

Mar24,2021

İkinci Qarabağ müharibəsində Ermənistanın 1 000 hərbi qulluqçusu müxtəlif əlillik dərəcəsi alıb.

QİA.AZ Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin əmək və sosial müdafiə naziri Mesrop Arakelyan parlamentdəki çıxışında bildirib.

Nazirin sözlərinə görə, müharibənin gedişatında yaralanan hərbi qulluqçular hazırda tibbi-sosial ekspertizanın sonuncu mərhələsini keçirlər. O, qeyd edib ki, ağır yaralanan təxminən 500 hərbçiyə 1 və 2-ci əlillik dərəcəsi verilib. Onlardan təxminən 150-si 1-ci dərəcəli əlildir.

Müharibə zamanı daha 500 nəfər yüngül xəsarətlər alıb və onlar 3-cü dərəcəli əlil sayılırlar.

“Ümumilikdə 1 000 vətəndaşa müxtəlif əlillik dərəcəsi verilib”, – Mesrop Arakelyan deyib.

Qeyd edək ki, ölkə mətbuatı müharibə əlillərinin bəzilərinin hələ də əlil arabaları ilə təmin olunmadığını vurğulayıb. Qeyri-hökumət təşkilatlarının rəhbərləri bunun ölkədə əlil arabası qıtlığı əlaqədar olduğunu bildiriblər.

Oxşar Xəbərlər