Ermənistanda son sutkada 12 57 nəfər COVID-19-a yoluxub

Mar25,2021
yoluxma sayı
Ermənistanda son sutkada daha 1257 nəfərdə COVID-19 aşkarlanıb.

QİA.AZ xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 187441-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3416-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 871 nəfərdir. İndiyədək 169727 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 13427 aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər