“Martın 10-da saat 8:30-dan mübarizəmiz yeni güclə davam edəcək. Saat 16:00-da böyük mitinq olacaq”.
“QİA.AZ” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə müxalifətin “Vətənin qurtuluşu hərəkatı”ndan bildirilib.
Müxalifət nümayəndələri qeyd ediblər ki, bu gündən etibarən ölkədə baş nazir Nikol Paşinyana və onun hakimiyyət komandasına qarşı etiraz aksiyasının miqyası bir qədər də genişlənəcək.
Hərəkatın nümayəndəsi İşxan Saqatelyan isə bildirib ki, etirazçılar parlament binasının giriş-çıxışını bloklamaqda davam edirlər.
Qeyd edək ki, Yerevanda vəziyyət Ermənistan prezidenti Armen Sarkisyan administrasiyasının ölkənin Müdafiə Nazirliyinin Baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması məsələsinin hüquq prosedur, konstitusiya məsuliyyəti və siyasi nəticə nöqteyi-nəzərindən baş nazir Nikol Paşinyanın səlahiyyətində olduğunu bildirməsindən sonra daha da gərginləşib.
Artıq bir neçə aydır, Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.