Ermənistanda daha 11 nəfər koronavirusdan ölüb

Yan28,2021

Ermənistanda son sutkada 242nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 669-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11nəfər artaraq 3 067-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 762-yə yüksəlib. İndiyədək 156 645pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 195aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər