Gürcüstanda Təhsil Nazirliyi yaradılıb

Yan28,2021

“Gürcüstan hökumətinin strukturunda bəzi dəyişikliklər edilib”.

“QİA.AZ” xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxariya hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi ayrıca dövlət qurumu kimi yaradılacaq, mədəniyyət, idman və gənclər istiqaməti isə bir nazirlikdə birləşdiriləcək.

Baş nazir qeyd edib ki, nazirliklərin ayrılması barədə texniki məsələlər artıq yekunlaşdırılıb.

Qeyd edək ki, bu vaxta qədər Gürcüstanda təhsil, elm, mədəniyyət və idman sahələri üzrə bir nazirlik fəaliyyət göstərib.

Oxşar Xəbərlər