Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 110 687 nəfərə yüksəlib.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin profilaktikası və nəzarət mərkəzi məlumat yayıb.
Bildirilib ki, son sutkada 2 000 nəfər virusa yoluxub və daha 27 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 1 636 nəfərə çatıb.
Virusdan sağalanların sayı 68 336 nəfər olub. 40 157 pasiyent müalicə alır.